İngiltərə millisinin tarixində ilk


İdman 04 İyl 2018 10:21:00 322 0

İngiltərə millisinin tarixində ilk

İngiltərə millisi dünya çempionatında oyunsonrası penaltilər zərbəsi zamanı Kolumbiyanı məğlub edib - 4:3. 

Goal.az-ın məlumatına görə, bununla da İngiltərə yığması ilkə imza atıb. Belə ki, Britaniya təmsilçisi ilk dəfə olaraq dünya çempionatında oyunsonrası penaltilər seriyası zamanı qalib gəlib.Əvvəlki 3 halda komanda məğlubiyyət acısı yaşamışdı. İngiltərə millisi DÇ-1990-da Almaniyaya, DÇ-1998-də Argentinaya, DÇ-2006-da isə Portuqaliyaya penaltilər seriyasında uduzmuşdu.