Səhiyyə Nazirliyi: Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib


Sosial 04 İyl 2018 10:10:57 299 0

Səhiyyə Nazirliyi: Ötən gün metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib

Dünən Bakıda müraciətlərin 62-si günvurma ilə bağlı olub

"Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib".

Bu barədə "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdı2 133 müraciət daxil olub: "Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyatı təhlükədə olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb".