Kiyevdə Azərbaycan mətbəxi restoranının qarşısında atışma baş verib


Sosial 04 İyl 2018 10:15:25 240 0

Kiyevdə Azərbaycan mətbəxi restoranının qarşısında atışma baş verib

Azərbaycanlı Davud Ağayev qətlə yetirilib

Bakı. 4 iyul. REPORT.AZ / Kiyevdə "Dolma" Azərbaycan mətbəxi restoranının qarşısında atışma baş verib.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib.

Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ilə əlaqəli olması ehtimal edilir.