Yük və minik maşınları toqquşub, 3 yaralı var


Digərləri 04 İyl 2018 09:30:00 277 0

Yük və minik maşınları toqquşub, 3 yaralı var

Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "20-DA-763" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə "99-HA-781" dövlət qeydiyyat nişanlı yük maşını toqquşub.

Nəticədə 3 nəfər - 1997-ci il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Ruslan Kamran oğlu, Samux rayon sakinləri - 1982-ci il təvəllüdlü Qasımov Hüseyn Zülfiqar oğlu və 1991-ci il təvəllüdlü Qasımova Nuray Firdovsi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.