Velosipedçini traktor vurub


Digərləri 04 İyl 2018 08:48:00 245 0

Velosipedçini traktor vurub

Lənkəranda velosipedçini traktor vurub. Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Vilvan kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Laçın Ağəddin oğlu Gözəlov işdən çıxıb evə gedən zaman onu traktor vurub. L.Gözəlov sol bud sümüyünün bir neçə yerdən qapalı sınığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilib.

L. Gözəlov xəstəxanaya daxil olarkən əvvəlcə ağacdan yıxıldığını bildirsə də, sonradan onu velosiped sürərkən traktorun vurduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.