Ötən iyun 1891ci ildən bəri Rusiyada ən isti ayların beşliyinə düşüb


Digərləri 04 İyl 2018 08:31:00 261 0

Ötən iyun 1891ci ildən bəri Rusiyada ən isti ayların beşliyinə düşüb

Ötən iyun 1891-ci ildən bəri Rusiyada ən isti ayların beşliyinə düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzi məlumat yayıb. Məlumatda, həmçinin Rusiyanın Avropa hissəsində və Uralda iyunun 20-dək davam etmiş soyuq havanın ayın üçüncü ongünlüyündə isti ilə əvəz olunduğu bildirilir. Anomal isti Sibirdə də olub. İyun Sibirin müntəzəm meteomüşahidə tarixində ən isti ay olub. Regionun orta temperaturu normadan 8 dərəcə yüksək olub. Bəzi rayonlarda termometrin göstəricisi müsbət 40 dərəcəyə çatıb. Tez-tez istiliyin yeni rekordları müəyyən edilib.