Niyamdan Ramala sərt cavab: "Ayıq başla danışsın"


Şou-biznes 04 İyl 2018 08:38:00 236 0

Niyamdan Ramala sərt cavab: "Ayıq başla danışsın"

ATV kanalında yayımlanan "10-dan sonra" verilişinə qonaq olan müğənni Niyam Səlami həmkarı Ramal İsrafilovun "ATV maqazin onlarla"da onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, Niyam illərdir onun evində duz-çörək kəsən Ramalın düzgün danışmadığını söyləyib:

"Həmin adamlar yemək də bişirirlər, saç da düzəldirlər, makiyaj da edirlər, mən heç danışmıram. Öz söhbətinizi edin. Kişi söhbəti edin. Həmin adamı sözü var idisə, ayıq başla birinci mənə zəng vurardı, sonra efirə çıxıb danışardı".