Bakıda dava zamanı 3 nəfər yaralanıb, "təcili yardım"ın həkimi "girov" götürülüb


Sosial 04 İyl 2018 07:55:10 161 0

Bakıda dava zamanı 3 nəfər yaralanıb, "təcili yardım"ın həkimi "girov" götürülüb

İlkin tibbi yardım üçün hadisə yerinə gələn həkim yaralını təhqir edib

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov "Qazel" markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

"Qazel"in sürücüsü Elşad Rəhimov "Report"a bildirib ki, bu zaman onların yanında tanımadıqları "Kamaz" markalı yük maşını saxlayıb.

Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb "Kamaz"ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə "Tofaş" markalı avtomobil də gəlib.

Daha sonra "Tofaş" və "Kamaz"da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə "təcili yardım" maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

Həkim "Report"a həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

"Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm".

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.

Bitkoin 6,6 min dolları keçdi like
  • 04 İyl 07:50  
Digərləri Bitkoin 6,6 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün böyük artım nümayi

arrow Ətraflı
İspaniya müdafiə büdcəsini artırmaq niyyətində deyil like
  • 04 İyl 07:46  
Dünya İspaniya müdafiə büdcəsini artırmaq niyyətində deyil

İspaniya müdafiə büdcəsini artırmaq niyyətində deyil.

arrow Ətraflı
Tuba Yaponiya filmində like
  • 04 İyl 07:35  
Digərləri Tuba Yaponiya filmində

"Cesur ve Güzel" serialından sonra uzun müddətdir ekranlardan uzaq

arrow Ətraflı
Professordan siqaret asıllığını YOX EDƏN CÖVHƏR RESEPTİ like
  • 04 İyl 07:28  
Digərləri Professordan siqaret asıllığını YOX EDƏN CÖVHƏR RESEPTİ

Türkiyəli professor və tanınmış təbib İbrahim Saraçoğlu siqareti tərg

arrow Ətraflı
Onları bir də makiyajsız görün  FOTO like
  • 04 İyl 07:07  
Digərləri Onları bir də makiyajsız görün FOTO

Türkiyəli aktrisa Hande Doğandemir və Beyza Şekerci istirahətə yollanbıl

arrow Ətraflı
Dadlı qayğanağın bişirilmə QAYDASI like
  • 04 İyl 07:00  
Digərləri Dadlı qayğanağın bişirilmə QAYDASI

Hətta ən sadə yeməkləri əsl sənət əsərinə çevirmək olar. Yetər ki,

arrow Ətraflı
İsveç və Küveyt Suriyadakı vəziyyətə dair BMT TŞ-in təcili iclasını çağırıb like
  • 04 İyl 06:14  
Digərləri İsveç və Küveyt Suriyadakı vəziyyətə dair BMT TŞ-in təcili iclasını çağırıb

İsveç və Küveyt Suriyanın cənub-qərbindəki məsələyə dair BMT Təhlü

arrow Ətraflı
Bu gün Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək like
  • 04 İyl 06:03  
İqtisadiyyat Bu gün Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək

Bu, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verili

arrow Ətraflı
İtaliya Liviyaya qeyri-leqal miqrasiya ilə mübarizə üçün gəmilər verəcək like
  • 04 İyl 05:15  
Digərləri İtaliya Liviyaya qeyri-leqal miqrasiya ilə mübarizə üçün gəmilər verəcək

İtaliya Liviyaya qeyri-leqal miqrasiya ilə mübarizə üçün gəmilər verəc

arrow Ətraflı