Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər


Digərləri 04 İyl 2018 07:52:00 342 0

Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər

Azərbaycan Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər. Son.az bildirir ki, bu barədə Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib: "Azərbaycanda elektrik enerjisi təchizatının bərpa edilməsi ilə əlaqədar ölkə Rusiyadan elektrik enerjisi idxalının həcminin artırılması planlarından imtina edə bilər".

Xatırladaq ki, daha əvvəl Rusiyanın enerji şirkəti "İnter RAO" bildirmişdi ki, bazar ertəsi axşamdan qəza hallarında qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb. Tədarük 200 MVT həcmində həyata keçirilir.