Məşhur professordan xərçəngin qarşısını alan MÜHÜM TÖVSİYƏ: yun adyal, yun yastıq və...


Digərləri 04 İyl 2018 07:14:00 529 0

Məşhur professordan xərçəngin qarşısını alan MÜHÜM TÖVSİYƏ: yun adyal, yun yastıq və...

Daxili Xəstəliklər üzrə mütəxəssis və professor Canan Karatay xərçəngin yaranmasının qarşısını almaq üçün mühüm tövsiyələr verib.

Son.az xəbər verir ki, kardioloq Kastamonuda Siyez Festivalına qatılıb. C.Karatay festivalda olduqca önəmli açıqlamalarıla çıxış edib. Orqanizmə daxil olan kimyəvi maddələrin səbəb olduğu təsirlər haqqında danışan Karatay vətəndaşlara xərçəngin qarşısını alacaq mühüm tövsiyələr verib.

Məşhur professor bir çox xəstəliyin yaranmasını səbəbini səhv qidalanmada görüb:

"Valideynlərinizdə ürək xəstəliyi varsa, bu, o demək deyil ki, sizdə də olacaq. Xəstəliklərin heç biri genetik deyil. Hamımızda xərçəng genləri var, amma bunlar yanlış qidalanma nəticəsində ortaya çıxır. Hazır və zərərli məhsulların tərkibində olan toksinlər, o cümlədən karbohidratlar kimisində ağciyər, kimisində isə döş və s. xərçəng növləri yaradır. Müasir buğda unu hibrid olduğu üçün tərkibinin 60-80 faizini qluten təşkil edir. Qluten çörəyini çox istehlak etdiyimiz üçün tez-tez xəstələnirik".

Professor daha sonra qatığın evdə mayalanmasının lazım olduğuna diqqət çəkib: