Azərbaycana gələn yük maşınları Gürcüstan-Rusiya sərhədində qalıb


Dünya 04 İyl 2018 01:53:06 279 0

Azərbaycana gələn yük maşınları Gürcüstan-Rusiya sərhədində qalıb

“Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 2000-dək yük avtomobili yığılıb

Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 2000-dək yük avtomobili dayanıb.

“Report”un Gürcüstan bürosu bu ölkənin Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamentinə istinadla xəbər verir ki, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Bununla yanaşı, sərhəd-keçid məntəqəsində Azərbaycan, Türkiyə və İrana gedən yük avtomobilləri də var.

Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədən 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin, təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən, minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.

Yük avtomobillərində əsasən, kənd təsərrüfatı və ərzaq məhsulları var.

Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır.