Günün qoroskopu: standart həllər zamanı deyil


Digərləri 04 İyl 2018 00:01:00 246 0

Günün qoroskopu: standart həllər zamanı deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.

Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.

Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.

Axşam saatlarını yaxınlarınızla keçirin.  

Buğa - Daxili gərginliyin əsirinə çevrilərək gah bu, gah da başqa işi görməyin. Fəaliyyət arealında qayda yaradın. Başladığınız işləri yarımçıq qoymayın, məntiqi nəticə hasil olanadək dayanmayın. Diqqəti aktual məsələnin həllinə yönəldin.

Günün ikinci yarısında situasiyanın heç bir səbəb, motivasiya olmadan dəyişəcəyinə hazırlaşın. İşdə rəhbərlik və həmkarlarla kəskin mübahisələrə başlamayın. Çətin situasiyalardan çıxış yolunun birgə axtarışında lider olmağa çalışmayın.

Müstəqil fəaliyyət indiki zamanda daha effektiv ola bilər. Problemlərin həllini ertələməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.

Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.

Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.

Fəal olun, maraqlarınızın təminatına can atın. Axşam saatlarında ev işlərinin görülməsi və məişət qayğılarının çözülməsi sizi gün ərzində yığılmış stressdən qurtarar.

Xərçəng - Maliyyə məsələlərində təşəbbüsləriniz uğurlu ola bilər. Yeni işlərdə məhdudiyyətlər yaranacq. Təxirə salınmış, yaxud unudulmuş məsələlərdən biri yenidən gündəmə gələcək. İtirdiyiniz əşyanı tapmaq, can atdığınız məlumatı almaq şanslarınız var.

Amma həddən artıq maraq göstərdiyiniz sahədə itkilər, gecikmələr, tərəfdaşların səhlənkarlığı və unutqanlığı istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə münasibətlərdə mənasız, yersiz gərginlik yaratmayın. Münaqişəyə səbəbkar olmayın.

Axşam saatlarını sakit və rahat ortamda keçirin.

Şir - Sizin vaxtınızdır. Önəmli saydığınız məqsədə çatmaq üçün seçdiyiniz istiqamətdə qətiyyətlə, sürətlə irəliləyin. Situasiyanı planınıza uyğunlaşdırmaq üçün vacib addımları atın.

Bütün yükü öz üzərinizə götürməyin. Belə davranış rasional deyil.

Günün ikinci yarısında münasibətləri dramatikləşdirməyin. Əks təqdirdə hadisələrə nəzarət rıçaqlarını əldən verəcəksiniz. Yaxınlarınızdan biri ilə kəskin diskussiya, hətta münaqişə istisna deyil. Tərəfdaşlar və şəriklərlə ünsiyyətdə yalan danışmayın. Daxili balansa nail olun.

Qız - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.

Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.

Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.