Bakının enerji təminatı bərpa edilib


Digərləri 03 İyl 2018 23:53:00 264 0

Bakının enerji təminatı bərpa edilib

Bakının enerji təminatı bərpa edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu "Azərenerji" ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və mətbuat katibi Yəhya Babanlı qeyd edib.

Qurum rəsmisi qeyd edib ki, hazırda regionlarda elektrik enerjisinin verilməsi təmin edilir:

"İşlər  yekunlaşmaq üzrədir. Ölkənin elektrik enerjisi sisteminin dayanıqlılığı bərpa olunur. 780 meqavatlıq Cənub elektrik stansiyası və Sumqayıt elektrik stansiyası işə salınıb".