Şəhidlər də ibadətdə tacir ola bilirlər


Digərləri 03 İyl 2018 23:15:00 313 0

Şəhidlər də ibadətdə tacir ola bilirlər

Əgər Əmirəl-möminin (ə) abidləri böldüyü üç dəstəni (qul, tacir, azad insan) xatırlasaq, görərik ki, onlardan biri də tacirlər idi. Yəni, ibadət edir və bu yolla Allahla ticarət edirlər. Öz ibadətlərini sanki satır və əvəzində axirətlərini qazanırlar.

Əlbəttə, ibadətlər içərisində ən üstünü - azadilərin ibadətidir ki, Allaha, fəqət Onun razılığını qazanmaq üçün ibadət edərlər. Ancaq bu, o demək deyildir ki, müsəlman tacir olmamalıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, sanki Həzrət Əli (ə) demək istəyir ki, insanlar mərifətlərinin səviyyəsinə görə Allaha ibadət edərlər.

İnanmaq çətindir, ancaq şəhidlər də ibadi tacir olublar. Quran bu həqiqəti belə təsdiq edir: "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan -(Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur'anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 111).

Əgər az da olsa ticarətdən başınız çıxırsa, bilməlisiniz ki, mənfəət əldə etməklə yanaşı, ziyanı dəf etmək də lazımdır. Ona görə də hər bir tacir Allahla ticarət edən zaman cəhənnəm qorxusunu da nəzərə almalıdır. Əgər cəhənnəmdən qorxarsa, həqiqi və müvəffəq tacir olar.