Nazirlikdən şad xəbər: Havanın temperaturu


Digərləri 03 İyl 2018 23:03:00 323 0

Nazirlikdən şad xəbər: Havanın temperaturu

İyulun 5-dən etıbarən temperatur 5-6 dərəcə enəcək. Cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.

Anomal isti hava şəraiti sabah da davam edəcək.Lakin ayın 5-dən etibarən temperaturun tədricən 5-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli hidrometeorologiya departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova hava şəraiti ilə bağlı proqnozları açıqlayıb.

İyul ayının 4də Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 39-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi aran rayonlarında 40-44, dağlıq ərazilərdə isə havanın temperaturunun 27-32 dərəcə arasında dəyişəcəyi gözlənilir. Lakin iyulun 5-i günorta saatlarından etibarən cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq və iyulun 6-dan havanın temperaturu bu günlərə nisbətən tədricən 4-6 dərəcə aşağı enəcək.


Xəbərə aid video