Azərbaycanda nadir quş tapıldı VİDEO


Digərləri 03 İyl 2018 23:04:00 854 0

Azərbaycanda nadir quş tapıldı  VİDEO

Tovuz sakini həyətində qeyr-adi xüsusiyyətə malik quş tapıb. Əbabil və ya qara uzunqanad adlandırılan bu canlı bütün ömrünü havada keçirir. Hətta havada uçarkən də yatır. Həmin qeyri-adi quşu sizlərə təqdim edirik.

Ömürlərinn 80 faizini uçaraq keçirirlər, yalnız qidalanmaq və nəsil artırmaq üçün yerə enirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət maraqlı görünüşə malik Əbabil quşlarından gedir. Tovuz sakini Arif Abbasov həyətində Əbabil quşu tapıb.

Bu quşlar bəzi qeyri-adi xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Dünyanın ən nadir quşlarından olan Əbabilin qanadları uzun və qövslüdür. Gecə-gündüz havada qalır və uçarkən yatırlar. Sürü halında səs-küy yaradaraq uçan bu quşlara yerdə çox nadir hallarda rast gəlmək olar. Yerə yalnız qidalanmaq və nəsil artırmaq üçün enirlər. Köçəri quş növünə aid olan bu canlıya daha çox Ərəb ölkələrində rast gəlinir. Əbabil digər quşlar kimi ayaqları üstündə dik şəkildə dayana bilmir.


Xəbərə aid video