Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub


Digərləri 03 İyl 2018 23:02:00 255 0

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub

Bakı. Samir Əli - Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin binası önündə baş verib. İcra başçısı binadan çıxarkən naməlum şəxs E. Vəliyevə tapançadan atəş açıb.Nəticədə güllə yarası alan E. Vəliyev və onun mühafizəçisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs Yunis Səfərov şübhəli şəxs qismində saxlanılıb.