Cadugərin yanına gedəni mələklər lənətləyər


Digərləri 03 İyl 2018 22:45:00 269 0

Cadugərin yanına gedəni mələklər lənətləyər

Hədislərimizdə oxuyuruq ki, sehrbazlar və cadugərlər əgər tövbə etməsələr, heç bir zaman behiştə daxil olmayacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: "Üç tayfa behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəsin ki, peşəsi sehrdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq ki, buyurur: "Kahin (qeybdən xəbər verən), münafiq, şərabxor, söz gəzdirən behiştə daxil olmayacaqdır".

Əmirəl-möminin (ə) nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: "Bir ərim vardır ki, mənimlə kobud rəftarlar edir. Mən də bir cadu etdim ki, mənimlə məhəbbətlə rəftar etsin".