Gəncənin icra başçısı və mühafizəçisi güllələnib


Digərləri 03 İyl 2018 22:34:00 275 0

Gəncənin icra başçısı və mühafizəçisi güllələnib

Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi hadisə yerində ölüb

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki,  hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

22:31

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.