Energetika Nazirliyi və "Azərnerji" birgə açıqlama yayıb


Digərləri 03 İyl 2018 22:13:00 315 0

Energetika Nazirliyi və "Azərnerji" birgə açıqlama yayıb

Energetika nazirliyi və "Azərenerji"ASC birgə açıqlama yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.

Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.