İnsan orqanizmi ilə bağlı heyrətamiz kəşf


Digərləri 03 İyl 2018 21:55:00 325 0

İnsan orqanizmi ilə bağlı heyrətamiz kəşf

İnsan vücudu hələ də tam kəşf olunmayaraq qalmaqdadır. Alimlərin son kəşfləri göstərir ki, elə ən qorxduqlarımız öz vucudumuzda gizlənib.

Son.az islaminısesi.info-ya istinadən bildirir ki, insan bədəninə dair ən böyük kəşf "interstisyum" adlı yeni orqanın aşkarlanması olub. Alimlər bildirirlər ki, bu orqan insan bədənində xərçəngin yayılmasında baza rolunu oyanayır. Bu isə insan bədənin nə ilk, nə də son sürprizidir.

Elm dünyası 2017-ci ilə həzm sistemində yeni bir orqanın kəşfi ilə başladı.

İrlandiyalı cərrah Kalvin Koffey həzm sistemində həzmi təşkil edən bir orqanı aşkarladı. Mezenter adlanan bu orqan mədə, nazik bağırsaq və qarındakı digər orqanların bağlantı qurduğu nöqtədə yerləşir. Alimlər mezenterin forma və anatomiyası barədə məlumatlı olsalar da, onun əsas hansı rolu oynadığı haqda tam məlumata malik deyillər. Mezenterin bağırsaq xərçəngi, şişmanlıq və iltihablı bağırsaq xəstəliklərinə səbəb olduğu təxmin edilir.