Sumqayıtda nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb


Sosial 03 İyl 2018 21:47:18 298 0

Sumqayıtda nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb

Əlavə olaraq 20 marşurut xəttə buraxılıb

Sumqayıt şəhərində nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyatı Xidmətinin Sumqayıt regional şöbəsindən bildirilib.

Sumqayıt Avtovağzalında Bakı marşrutu üzrə yaranmış problemin aradan qaldırılması məqsədi ilə sözügedən qrum tərəfindən əlavə olaraq 20 marşurut xəttə buraxılıb.

Elektrik xəttinin olmaması Sumqayıtdan Bakıya işləyən sürət qatarının dayanmasına səbəb olub. Avtovağzalda yaranmış sıxlıq və narazılıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən tam aradan qaldırılıb və vəziyyət tam nəzarətdə saxlanılır.