Rusiyanın "İnter RAO" şirkəti Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir


İqtisadiyyat 03 İyl 2018 21:38:20 360 0

Rusiyanın "İnter RAO" şirkəti Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir

Tədarük ötən gün axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində həyata keçirilir

Rusiyanın enerji şirkəti "İnter RAO" ASC bazar ertəsi axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "İnter RAO" ASC-dən məlumat verilib.

"Biz dünən 23:45-dən (Bakı vaxtı ilə çərşənbə axşamı 00:45-dən – red.) qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik tədarük edirik. 200 MVt-ın tədarükü gedir", - deyə şirkətdən bildirilib.

Çərşənbə axşamına keçən gecə Azərbaycanın əksər ərazilərində elektrik enerjisi verilişi dayanıb. "Azərenerji"nin məlumatına görə, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.