Bağırsaqlarından xəbərin olsun


Digərləri 03 İyl 2018 21:10:00 232 0

Bağırsaqlarından xəbərin olsun

Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib.

Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir. Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz.

Son.az medicina.az-a istinadən bildirir ki, kolonoskopiya da mədəyə zond salınması kimi müayinə metodudur, burda zonf anus dəliyindən yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.

Kolonoskopiya - yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burada bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür.

Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:

-Poliplər görünərsə, götürülür, ya yandırılır -Qanaxma varsa, saxlanılır -Yad nəsə varsa çıxarılır -Daralma, bitişmə varsa, bərpa olunur -Şiş varsa, biopsiya materialı götürülür