Elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün


Digərləri 03 İyl 2018 20:20:00 415 0

Elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün

Prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Hazırda komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov qəza baş vermiş yerdədir.

Son.az bildirir ki, bunu  Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerji sistemində baş verib və hazırda qəzanın səbəbləri araşdırılır.