"Bakı metropoliteni"nin bütün stansiyalarına giriş bağlanıb, qatarlar tuneldə qalıb


Digərləri 03 İyl 2018 19:44:00 369 0

"Bakı metropoliteni"nin bütün stansiyalarına giriş bağlanıb, qatarlar tuneldə qalıb

Elektrik enerjisinin nəqlində növbəti məhdudiyyətlər səbəbindən "Bakı metropoliteni"nin stansiyalarında hərəkət dayanıb, qatarlar tuneldə qalıb.

Son.az APA-ya istinadən xəbər verir ki,  hazırda stansiyalarda qalmış insanların təxliyəsinə başlanılıb.

19:07

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür".


Xəbərə aid fotolar