Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirildi FOTO


Digərləri 03 İyl 2018 18:18:00 239 0

Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirildi  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.


Xəbərə aid fotolar