Dünya çempionatının daha bir uğursuzu baş məşqçisini yola salır


İdman 03 İyl 2018 17:54:00 282 0

Dünya çempionatının daha bir uğursuzu baş məşqçisini yola salır

Rusiyada keçirilən dünya çempionatı daha bir məşqçinin millidəki işini yarımçıq saxlayıb.Goal.az xəbər verir ki, söhbət Polşa millisinin baş məşqçisi Adam Navalkadan gedir. Polşa Futbol Federasiyası baş məşqçi onunla müqavilənin müddətini uzatmamağa qərar verib. İyulun 30-dək anlaşması olan mütəxəssis həmin gündən işsiz qalacaq.

Bunu federasiyanın prezidenti Zbiqnev Bonek açıqlayıb. O, xüsusi təşkil olunan mətbuat konfransında bildirib ki, 2013-cü ildən yığmaya rəhbərlik edən Navalkayla əməkdaşlıq uzadılmayacaq. Polşa millisi DÇ-nin qrup mərhələsində keçirdiyi 3 oyunda 3 xal toplamaqla Kolumbiya, Yaponiya və Seneqalla mübarizədə sonuncu yeri tutub.