Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir


Digərləri 03 İyl 2018 17:42:00 254 0

Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-i Azərbaycana səfər edəcək

Bakı. Ləman Zeynalova – Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-də Azərbaycana səfər edəcək. Trend bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir. Səfər zamanı Finlandiya ilə Azərbaycan arasında ticarət və ikitərəfli münasibətlər müzakirə olunacaq. Finlandiyalı nazirin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəyi gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin