“Report”: Aİ ölkələrinin miqrantlar məsələsində razılığa gəlməsi avronun bahalaşdırır - ANALİTİKA


Digərləri 03 İyl 2018 17:07:36 160 0

“Report”: Aİ ölkələrinin miqrantlar məsələsində razılığa gəlməsi avronun bahalaşdırır - ANALİTİKA

USD/EUR nisbəti 1,17-yə çatıb

İyunun 28-29-da Brüsseldə (Belçika) keçirilmiş Avropa İttifaqının (Aİ) növbəti sammitində Böyük Britaniyanın baş naziri Tereza May iştirak etsə də, görüşün əsas müzakirə mövzusu “Brexit” olmadı. Baxmayaraq ki, ötən həftə Britaniya kraliçası sənədi qanun halına salmışdı.

“Report”un analitik qrupu xatırladır ki, görüşdə əsasən Afrika ölkələrindən və münaqişə bölgələrindən Avropaya köçən miqrantlar müzakirə olunub.

Statistikaya görə, 2015-ci bəri Avropaya 400 000 məcburi köçkün gəlib. Bunun təxminən 10%-i 2018-ci ilin I yarısının payına düşür. Miqrantların məsələsi daha çox İtaliya və Maltanı narahat etsə də, nəhayət Aİ-nın üzvü olan aparıcı dövlətlər birgə fəaliyyət göstərmək barədə ümumi razilıq əldə ediblər.

Maltanın baş naziri Cozef Muskat görüşdən sonrakı mətbuat konfransında bildirib: “Bizə əməli fəaliyyət, qərarlar lazım idi. Buna da nail olundu”. İtaliyanın baş naziri Cuzeppe Konte isə deyib ki, ölkəsi miqrant məsələsində tək deyil və Aİ-nın üzvləri onların yanındadır.

Beləliklə, Avropada yaranmış isti münasibətlər fonunda qitənin vahid valyutası – avronun ucuzlaşması dayanıb. Ötən həftənin sonu USD/EUR nisbəti 1,15 idisə, hazırda 1,16-nı keçərək 1,17-yə yaxınlaşıb. Bununla belə, ABŞ dollarının bahalaşması fonunda sözügedən nisbətin qısamüddətə 1,45-ə qədər düşəcəyi də istisna deyil.