Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar FOTO


Kriminal 03 İyl 2018 16:54:00 253 0

Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar  FOTO

Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və Britaniyalı bəstəkar Maykl Prays hələ bu ilin fevralında həm ustad dərsləri keçib, həm də müsabiqədə iştirak edəcək bəstəkarların yazdıqları musiqi parçaları ilə tanış olublar. "Envision Sounds" adlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib və qaliblər arasında 13 nəfər Azərbaycan bəstəkarı da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında ıştirak edəcəklər.

5 bəstəkar Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci "Səssiz gecələr" festivalına dəvət alıb.


Xəbərə aid fotolar