Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq


Digərləri 03 İyl 2018 16:49:00 269 0

Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq

"Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin fəaliyyətini dayandırmış enerji blokundan biri təlimata uyğun olaraq işə düşüb".

Son.az bildirir ki, bunu APA-ya açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. Onun sözlərinə görə, ikinci enerji blokunun fəaliyyətə başlaması üçün start vəziyyətinə gətirilib.

"Ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib. Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq", - deyə Y.Babanlı vurğulayıb.