Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar (FOTO)


Digərləri 03 İyl 2018 16:46:00 227 0

Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar (FOTO)

Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib.

Bakı. Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və Britaniyalı bəstəkar Maykl Prays hələ bu ilin fevralında həm ustad dərsləri keçib, həm də müsabiqədə iştirak edəcək bəstəkarların yazdıqları musiqi parçaları ilə tanış olublar. “Envision Sounds” adlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib və qaliblər arasında 13 nəfər Azərbaycan bəstəkarı da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında ıştirak edəcəklər.