Qarabağ-ın yeni transferi - island qapıçı


İdman 03 İyl 2018 16:36:00 286 0

Qarabağ-ın yeni transferi - island qapıçı

Çempionlar Liqasındakı yeganə təmsilçimiz Qarabağ yeni qapıçı transferinin astanasındadır. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi İslandiya millisinin üzvü Hanes Tour Haldoursonu transfer etmək üzrədir.Artıq 34 yaşlı qolkiperlə razılıq əldə olunub. Yaxın 1-2 ərzində transferin rəsmən açıqlanacağı gözlənilir.

Haldourson DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi. Qarabağ qapıçılarından İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb.