Mingəçevir İESdəki yanğında xəsarət alan olub?


Digərləri 03 İyl 2018 16:29:00 268 0

Mingəçevir İESdəki yanğında xəsarət alan olub?

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdəki "Azərbaycan" İES-dəki qəza ilə bağlı məlumat yayıb.

Son.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir:

"3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib".