Prokuror Nardaran hadisələrində təqsirləndirilənlərə cəza istədi


Digərləri 03 İyl 2018 16:14:00 253 0

Prokuror Nardaran hadisələrində təqsirləndirilənlərə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Əbülfəz Bünyatov məhkəməyə təcili yardımla gətirilib.

Prosesdə çıxış edən dövlət ittihamçısı E.İsgəndərovun 14 il, Ə.Bünyatovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.