Salahın məvacibi ikiqat artırıldı


İdman 03 İyl 2018 16:18:00 296 0

Salahın məvacibi ikiqat artırıldı

Liverpool klubu misirli futbolçusu Məhəmməd Salahla yeni müqavilə bağlayıb. 26 yaşlı futbolçu daha beş il bu klubun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfləri açıqlanıb.

Goal.az xəbər verir ki, Salahın həftəlik məvacibi 100 min funtdan 200 min funta qədər artıb. Beləliklə, misirli futbolçu Liverpul klubunun tarixində ən çox qazanan oyunçu olub. Bununla belə, Məhəmməd Salah Premyer Liqada ən çox pul qazan on futbolçu arasında 8-ci yerdədir. O, David De Heya (Mançester United) və Eden Azarı (Çelsea) qabaqlayır. Aldıqları məvaciblə Məhəmməd Salahı qabaqlayanlar isə aşağıdakılardır: Serxio Aquero ( Mançester Siti , 220 min), Romelu Lukaku ( Mançester United, 250),Kevin de Brüne (Mançester Siti, 280), Pol Poqba (Mançester United, 290 ), Mesut Özil ( Arsenal, 300), Xarri Keyn (Tottenhem, 300 ) və Aleksis Sançes ( Mançester United, 350 )