Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı FOTO


Digərləri 03 İyl 2018 16:06:00 297 0

Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı  FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, iyulun 29-da saat 23:50 radələrində Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd "X-nova" markalı mobil telefon aşkar olunub.


Xəbərə aid fotolar