Azərsu: Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi (ÖZƏL)


Digərləri 03 İyl 2018 15:31:00 214 0

Azərsu: Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi (ÖZƏL)

Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

Bakı. Samir Əli - Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı özəl olaraq Trend-ə bildirib ki, artıq Oğuz-Qəbələ-Bakı kəmərinin fəaliyyəti bərpa olunub: "Hazırda Oğuz-Qəbələ-Bakı magistral kəməri ilə suyun paytaxta çatdırılmasına başlanılıb. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək. Hazırda bununla bağlı tədbirlər davam etdirilir. Sabahdan Bakının içməli su təminatında problem olmayacaq".