DMX: Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər Azərbaycana səfərə gələn şəxslərin məmnunluğunu artıracaq


Digərləri 03 İyl 2018 15:11:00 231 0

DMX: Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər Azərbaycana səfərə gələn şəxslərin məmnunluğunu artıracaq

Bunu Trend-ə Miqrasiya Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Bakı. Miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsinin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılması, məmnunluğun artırılması, şəffaflığın təmin edilməsi, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquqlarından daha səmərəli istifadəsinə şərait yaradılmasıdır. Bunu Trend-ə Miqrasiya Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib. Məlumatda qeyd edilir ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə dəyişiklikliyə əsasən ölkə ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar. Bu da şübhəsiz ki, ölkəmizə turist kimi, yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunu artıracaq. Onu da bildirirk ki, hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulur. Əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradır. Qanun layihələrində özəl sektorun inkişafı məqsədilə əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsi nəzərdə tutulur.