Bu il Azərbaycana gələn əcnəbilərin sayı 10 faiz artıb


Digərləri 03 İyl 2018 15:05:00 260 0

Bu il Azərbaycana gələn əcnəbilərin sayı 10 faiz artıb

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib. Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 milyon manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16 faiz artıb.