Azərenerji: "Yaxın dəqiqələrdə “Azərbaycan” İESin 2 bloku istismara veriləcək"


Digərləri 03 İyl 2018 14:52:00 278 0

Azərenerji: "Yaxın dəqiqələrdə “Azərbaycan” İESin 2 bloku istismara veriləcək"

Yaxın dəqiqələrdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.

Son.az xəbər verir ki, "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı Trend-ə bildirib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki "Azərbaycan" İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.