İndoneziyada 140a yaxın sərnişinin olduğu bərə batıb


Dünya 03 İyl 2018 14:53:00 305 0

İndoneziyada 140a yaxın sərnişinin olduğu bərə batıb

İndoneziyanın Sulavesi adası yaxınlığında sərnişin bərəsi aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzaya uğrayan gəmidə 139 sərnişin olub.

Hazırda bölgədə xilasetmə işləri başlayıb. Hələlik nə qədər sərnişinin xilas edildiyi məlum deyil.

Son məlumatlara görə, 4 nəfərin ölümü təsdiq edilib.