Nazirlik: "Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub"


Digərləri 03 İyl 2018 14:28:00 248 0

Nazirlik: "Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub"

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.