DSX 92 ədəd mobil telefonun qanunsuz yolla gətirilməsinin qarşısını alıb (FOTO)


Digərləri 03 İyl 2018 14:27:00 210 0

DSX 92 ədəd mobil telefonun qanunsuz yolla gətirilməsinin qarşısını alıb (FOTO)

Külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

Bakı. 2018-ci ilin 29 iyun tarixində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb. DSX-dan Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.