Salyanda "KAMAZ" aşdı:


Digərləri 03 İyl 2018 14:15:00 295 0

Salyanda "KAMAZ" aşdı:

Salyan rayonunun Xıdırlı kəndində "KAMAZ" markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.