Agentlik sədri: "Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək"


Digərləri 03 İyl 2018 13:44:00 306 0

Agentlik sədri: "Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək"

Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək. Onlar daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş müşavirədə deyib.

O qeyd edib ki, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır. Eyni zamanda Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında turizm informasiya mərkəzlərinin rolunu artırmaqdır.