“Nar” şəbəkəsi enerji fasiləsi ilə bağlı gücləndirilmiş rejimə keçib


Digərləri 03 İyl 2018 13:13:00 269 0

“Nar” şəbəkəsi enerji fasiləsi ilə bağlı gücləndirilmiş rejimə keçib

Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib.

Bakı. Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Şirkətdən Trend-ə verilən məlumata görə, mobil operator abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür.