Masallıda 20 yaşlı qız kafedə bıçaqlandı
Digərləri 03 İyl 2018 13:02:00 259 0
Masallı rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki "SCAR" kafesində baş verib.
Rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Cəfər Asif oğlu əvvəllər tanıdığı rayon sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Aysel Ədil qızı ilə mübahisə edib.
Mübahisə nəticəsində C.Hacıyev üzərində gəzdirdiyi qatlanan bıçaqla Ayselin bədəninin müxtəlif nayihələrinə qəsdən zərbələr vuraraq daxilə keçən ağır bədən xəsarətləri yetirib.
Mənbə: milli.az