Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb


Digərləri 03 İyl 2018 12:57:00 267 0

Enerji fasiləsi ilə bağlı Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir.